ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp senator Marko Rubionun ( dövlət katibi vəzifəsinə namizədliyi barədə qərarını açıqlayıb.
Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının keçid komandasının yaydığı bəyanatda deyilir.
“Marko xalqımızın güclü müdafiəçisi, müttəfiqlərimizə sadiq dost və rəqiblərimizə heç vaxt boyun əyməyən qorxmaz döyüşçü olacaq”, – bəyanatda qeyd olunub.