tramp yeni 1

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Kriştiano Ronaldo ilə görüşməkdən məmnun olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Ronaldo əla oğlandır. Onunla Ağ Evdə görüşmək çox xoş idi. O, çox ağıllı və soyuqqanlıdır”, – Tramp deyib.

Qeyd edək ki, noyabrın 18-də Portuqaliya yığmasının ulduzu Kriştiano Ronaldo Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın səfəri şərəfinə təşkil edilən qala-ziyafətin xüsusi qonaqlarından biri olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: