Без названия

ABŞ-ın yeni seçilmiş vitse-prezidenti Ceyms Devid Vens Donald Trampın Rusiya dövlət başçısı Vladimir Putinlə telefon danışığı etməyi planlaşdırıb-planlaşdırmadığı haqda suala cavab verməkdən yayınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın “TASS” agentliyinin müxbiri ABŞ-ın yeni vitse-prezidentinə bu barədə sual ünvanlayıb.

Ceyms Devid Vens isə jurnalistə “rahat olun” deməklə kifayətlənib.

Qeyd edək ki, Tramp Ukrayna ilə bağlı Putinlə görüşü səbirsizliklə gözlədiyini bildirmişdi.

Müşviq Tofiqoğlu
Globalinfo.az  

Paylaş: