Tramp Putinlə bağlı sualdan belə yayındı – VİDEO

tramp

“Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibəni dayandırmaq istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Onun arzusu bütün ölkəni ələ keçirmək idi. Amma Putin mənə görə bunu etməyəcək”, – Ağ Ev rəhbəri “ABC News”a müsahibəsində bildirib.

Tramp Rusiya liderinə etibar edib-etməməsi ilə bağlı birbaşa suala cavab verməkdən yayınıb:

“Çox adama güvənmirəm, amma mənə hörmət edildiyini fikirləşirəm”.

Günay Rəsulqızı
Globalinfo.az