Prezident Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukrayna məsələsində güzəştə gedə biləcəyinə inanmaqla özünü aldadıb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın tanınmış politoloqu, Çikaqo Universitetinin professoru Con Mearsheimer Rusiyanın “İzvestiya” nəşrinə müsahibəsində bildirib.
“Putin ona yalan danışmadı. Əksinə, o, xüsusilə də Trampla danışıqlarda, mövqeyini çox aydın ifadə edib. Bu mövqeyi bəyənmək olar, ya da yox, amma o, əvvəldən açıq idi”, – deyə Mearsheimer vurğulayıb.
Professorun sözlərinə görə, Putin Ukrayna münaqişəsinin mahiyyətini Rusiyanın baxış bucağından Trampa izah etməyə çalışıb, lakin Amerika lideri bunu anlamaqda çətinlik çəkib. Nəticədə danışıqların perspektivi itib və proses dalana dirənib.
“Tramp əsas səbəbləri başa düşmür, ona görə də bu problem aylardır davam edir,” – deyə Mearsheimer əlavə edib.
Tahir Turan
Globalinfo.az