
“Çox güman ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında görüş baş tutacaq”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib.
Onun sözlərinə görə, Ukraynada atəşkəs elan olunduqdan sonra Rusiyaya qarşı sanksiyalar yumşaldıla bilər.
Uitkoff həmçinin növbəti həftələr ərzində Kiyev və Moskva arasında atəşkəs razılaşmasının əldə edilməsinin mümkün olduğunu qeyd edib.
Xatırladaq ki, ötən gün ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı baş tutub. Liderlər Ukrayna məsələsi, o cümlədən bir sıra beynəlxalq və regional mövzuları müzakirə ediblər.