Tramp onu Nobel Sülh Mükafatına layiq görüldüyü üçün təbrik etdi

Tramp onu Nobel Sülh Mükafatına layiq görüldüyü üçün təbrik etdi

ABŞ Prezidenti Donald Tramp Venesuela müxalifət lideri Mariya Korina Maçadonu Nobel Sülh Mükafatını qazanması münasibətilə telefonla təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Mənbələrin məlumatına görə, onların ilk söhbəti səmimi və məzmunlu keçib. Maçado sosial şəbəkədə paylaşım edərək mükafatı ABŞ Prezidentinə və Venesuela xalqına həsr etdiyini bildirib və Trampın güclü dəstəyini yüksək qiymətləndirib.

Xatırladaq ki, Nobel Komitəsi oktyabrın 10-da Venesuela müxalifətinin lideri Mariya Korina Maçadonu Sülh Mükafatına layiq gördüyünü açıqlamışdı.

Tahir Turan

Globalinfo.az