
ABŞ Prezidenti Donald Tramp ölkəni könüllü tərk edən qanunsuz immiqrantlara pul və təyyarə bileti verəcək.
Globalinfo.az xəbər verir ki, o, bu barədə immiqrasiya siyasəti ilə bağlı danışarkən deyib.
“Hazırda onların deportasiyası həyata keçirilir. Həmçinin ABŞ-ı tərk etmək istəyən qeyri-qanuni immiqrantlar üçün proqram üzərində çalışırıq. Onları mümkün qədər tez qaytarmaq üçün birlikdə işlər görəcəyik”, – deyə Ağ Ev sahibi bildirib.
Əliyar Xəlil
Globalinfo.az