Tramp Nobeli buna görə istəyirmiş – Detallar

Tramp Nobeli buna görə istəyirmiş - Detallar

ABŞ Prezidenti Donald Trampın niyə Nobel Sülh Mükafatına can atdığı bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Telegraph” qəzeti yazıb.

Nəşr bildirib ki, qalib üçün bu mükafat təkcə böyük məbləğdə pul deyil, həm də qlobal tanınma deməkdir:

“Bu, laureatın nüfuzunu əhəmiyyətli dərəcədə artırır və beynəlxalq siyasətə təsir etmək, öz təşəbbüslərini inkişaf etdirmək üçün yeni imkanlar açır. Ağ Ev rəhbəri də bunu istəyir. Mükafatın məbləği sabit deyil və Nobel Fondunun gəlirindən asılıdır. O, bir neçə qalib arasında bölünə bilər və maliyyə göstəricilərindən asılı olaraq dəyişir. Maksimum məbləğ təxminən 1,4 milyon dollardır”.

Qeyd edək ki, Donald Tramp ilk dəfə 2019-cu ildə Nobel Sülh Mükafatı üçün namizəd kimi təklif olunub. Bu təşəbbüs Sinqapurda keçirilən ilk ABŞ-Şimali Koreya sammitindən sonra Yaponiyanın o zamankı baş naziri Şinzo Abe tərəfindən irəli sürülüb.

Əliyar Xəlil
Globalinfo.az