Venesuela parlamentinin keçmiş deputatı Maria Korina Maçado Nobel Sülh Mükafatına layiq görülüb.
Globalinfo.az xəbər verir ki, Nobel Komitəsi mükafatın ona verilməsi barədə qərar qəbul edib.
O, mükafata Venesuela xalqının hüquqlarını təşviq etmək istiqamətindəki fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçid uğrunda apardığı mübarizəyə görə layiq görülüb.
Komitə ABŞ Prezidenti Donald Trampın namizədliyi dəstəkləməyib.