Amerikalı milyarder İlon Maska gözlənildiyi kimi Donald Tramp administrasiyasında vəzifə verilməyəcək, amma onun təsiri ciddi şəkildə artır.
Globalinfo.az xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Maska hazırda Ağ Evdə hansısa vəzifə lazım deyil, lakin o, kadr təyinatı ilə bağlı qərarlarda iştirak edir:
“İlon Maskın təsiri bu məsələdə kifayət qədər ciddidir və o gələcək administrasiyada rəsmi vəzifə tutmağa üstünlük verməyəcək. Daha çox biznes layihələrə diqqətini yönəldəcək. Amma Maskın mübahisəli məsələlərdə hökumətə rekomendasiyalar üçün “Mavi lent” komitəsinə təyin edilməsi gözlənilə bilər”.
“Blumberq” agentliyi isə Maskın ABŞ və Çin arasında vasitəçilik edə biləcəyini yazıb. Agentlik onun Çinlə münasibətlərdə xüsusi sxeminin olduğunu və Pekinin bundan istifadə etməyə çalışacağını bildirib.
Əliyar Xəlil
Globalinfo.az