WhatsApp Image 2026 04 28 at 09.17.31

Böyük Britaniya Kralı III Çarlz rəsmi ABŞ-a səfəri zamanı gözlənilməz hadisə yaşanıb. Belə ki, Vaşinqtonda rəsmi qarşılanmadan sonra ABŞ lideri Donald Tramp protokol qaydalarını pozub. O, qaydalara zidd olaraq, kralın çiyninə toxunub.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, kral protokoluna əsasən, heç kim monarxla fiziki təmasın təşəbbüskarı ola bilməz. Buna baxmayaraq, Donald Tramp öz rəğbətini bildirmək məqsədilə III Çarlzın çiyninə sadəcə nəzakətlə toxunub.

“Bu hərəkət kral protokolunu pozdu. Mühüm bir bənd, yəni yazılmamış qayda odur ki, kral ailəsinə heç vaxt fiziki təmas etmək olmaz”, – deyə materialın müəllifi qeyd edib.

Xatırladaq ki, Böyük Britaniya Kralı III Çarlz, həyat yoldaşı, kraliça Kamilla ilə birlikdə ABŞ-a dördgünlük səfər ediblər.

Paylaş: