ABŞ Prezidenti Donald Tramp regiondakı vəziyyətin nizamlanması üzrə danışıqlarla əlaqədar bu həftəsonu Yaxın Şərqə səfər edə biləcəyini açıqlayıb.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, Amerika lideri bunun 11 və ya 12 oktyabrda baş verə biləcəyini dəqiqləşdirib.
Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp danışıqların yaxşı getdiyini və Yaxın Şərqdəki vəziyyətin nizamlanması üçün razılığın əldə olunması şansının yüksək olduğunu qeyd edib:
“Yəqin ki, həftənin sonunda, ya da, oktyabrın 12-də ora gedəcəm”.
Daha sonra o, səfərin bazar günü və ya bəlkə də şənbə günü baş tuta biləcəyini izah edib: “Ola bilsin ki, şənbə axşamından bir az gec, bu, bizim cədvəlimizdən asılıdır”.
***19:21
Qəzza üzrə razılaşma əldə olunarsa, ABŞ Prezidenti Donald Tramp İsrailə səfər edə bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” nəşri məlumat yayıb.
Məlumata görə, İsrail girovların azad olunması və Qəzzada müharibənin dayandırılmasına dair razılaşma imzalanarsa, ABŞ Prezidenti Donald Trampın mümkün səfərinə hazırlıq görür.
İsrail Baş nazirinin Ofisi məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Qeyd edək ki, Misir Prezidenti Əbdülfəttah Sisi də razılaşma baş tutacağı təqdirdə Trampı Misirə dəvət edib.