Tramp iran rat

“Hörmüz boğazı bağlanacağı təqdirdə Vaşinqton İrana İkinci Dünya müharibəsindən bəri görünməmiş gücdə zərbə endirməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Foks Nyus” telekanalına müsahibəsində deyib.

“Hörmüz boğazı çox yaxın zamanda açılacaq, əks halda onlara çox ağır zərbə endiriləcək və boğaz yenə də açılacaq”, – deyə o bildirib.

Trampın sözlərinə görə, əgər İran hakimiyyəti yenidən razılaşmadan geri çəkilərsə, ölkə çox ağır zərbə ilə üzləşəcək.

Bundan əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessent Vaşinqton və Tehranın Hörmüz boğazına nəzarətlə bağlı yaxın günlərdə razılığa gələ biləcəyini açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: