WhatsApp Image 2026 03 10 at 01.49.11

İran Vaşinqtonla razılığa gəlməkdən imtina edərsə, ağır nəticələrlə üzləşəcək.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “NBC News”a verdiyi açıqlamada bildirib.

“Əgər onlar razılaşma əldə etməsələr, bu, onlar üçün çox ağrılı olacaq”, – deyə Amerika lideri qeyd edib.

Tramp daha əvvəl İranla ikihəftəlik atəşkəsə razılaşdığını açıqlayıb. O, Vaşinqton və Tehranın uzunmüddətli sülh barədə yekun razılığa gəlməyə yaxın olduğunu qeyd edib. Daha sonra məlum oldu ki, Pakistanın İslamabad şəhərində İranABŞ nümayəndələri arasında danışıqların 11 aprel şənbə günü baş tuta biləcəyi ehtimal edilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: