tramp 3 900x506 1

ABŞ Prezidenti Donald Tramp İran müharibəsində onu dəstəkləmədiyinə görə bəzi NATO ölkələrini cəzalandırmağı düşünür.

Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal”b (VSJ) adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

“Rəsmilər iddia edirlər ki, plan ABŞ qoşunlarının müharibə səylərinə töhfə verməyən ölkələrdən çıxarılması və daha dəstəkləyici ölkələrə köçürülməsini nəzərdə tutur.

Onlar planın administrasiyanın yüksək vəzifəli rəsmiləri arasında dəstək qazandığını, lakin hələ də layihə şəklində olduğunu deyiblər. Məlumata görə, Ağ Ev NATO-nu cəzalandırmaq üçün bir neçə variant nəzərdən keçirir”, – deyə nəşr yazıb.

Bildirilib ki, qoşunların hansı ölkələrdən çıxarılacağı hələlik məlum olmasa da, adı açıqlanmayan iki ABŞ rəsmisi plana İspaniya və ya Almaniyanın daxil ola biləcəyini irəli sürüb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: