Tramp iki lideri təriflədi, ABŞ-a yeni ad qoydu

Rusiya Prezidenti Vladimir Putinlə Çin lideri Si Szinpin Moskvada növbəti yüz ilin dünya nizamını müzakirə ediblər.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünün Texasdakı tərəfdarları qarşısında çıxışı zamanı deyib.

“Prezident Si Szinpin və Prezident Putin ağıllıdır. Çox ağıllı insanlar gələcək 100 ildəki dünya nizamanını müzakirə etdilər”, – o bildirib.

Tramp həmçinin indiki administrasiya dönəmində ABŞ-ın banan respublikası səviyyəsinə qədər gerilədiyini söyləyib.

İlkin Həsənov
Globalinfo.az