ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının gələcək statusu ilə bağlı diqqətçəkən açıqlama verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Tramp bildirib ki, İranın məğlub edilməsindən sonra Hörmüz boğazını ABŞ ərazisi elan etmək niyyətindədir.
O, bunun İranın ciddi şəkildə məğlub edilməsindən sonra həyata keçiriləcəyini deyib.
Bu açıqlama ABŞ və İran arasında strateji su yolu üzərində nəzarət uğrunda qarşıdurmanın kəskinləşdiyi bir vaxtda səslənib. Tramp daha əvvəl ABŞ-ın Hörmüz boğazına “tam nəzarət” etdiyini açıqlamışdı.
Tehran isə boğazla bağlı sərt mövqeyini qoruyur. İran rəsmiləri ABŞ hərbi əməliyyatları və blokadanı dayandırmayana, dondurulmuş İran aktivləri azad edilməyənə və regionda atəşkəs əldə olunmayana qədər Hörmüzün açılmayacağını bildirirlər.
Tahir Turan
Globalinfo.az