ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından keçən gəmilər üçün nəzərdə tutulan 20 faizlik kompensasiya rüsumunun tətbiqindən imtina edib.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” şəbəkəsində məlumat paylaşıb.
O bildirib ki, Yaxın Şərq liderləri ilə keçirilən məhsuldar danışıqlardan sonra bu ideyanı ticarət və investisiya sazişləriylə əvəzləmək qərarına gəlib.
“ABŞ üçün nəzərdə tutulan 20 faizlik kompensasiya rüsumunu müxtəlif Körfəz ölkələrinin rəsmi Vaşinqtonla bağlayacağı ticarət və investisiya sazişləri ilə əvəzləmək qərarına gəldim. Bu investisiyalar çox böyük olacaq”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti eyni zamanda İrana qarşı “tam dəniz blokadası” tətbiq olunduğunu elan edib. Onun sözlərinə görə, blokada İran limanlarına gedən və ya oradan çıxan, eləcə də istənilən İran mənşəli yük daşıyan gəmilərə şamil ediləcək.
Qeyd edək ki, Hörmüz boğazı İran istisna olmaqla bütün gəmilər üçün açıqdır.
Əliyar Xəlil