heqset 900x506 1

ABŞ Prezidenti Donald Tramp Pentaqon rəhbəri Pit Heqseti danlayıb. Buna səbəb Polşaya ABŞ qoşunlarının göndərilməməsi barədə qərar olub”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) hazırkı və keçmiş ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

“Telefon danışığı zamanı Tramp Heqsetdən qərarının səbəbini soruşub. Daha sonra dövlət başçısı rəsmi şəxsə izah edib ki, Polşa ABŞ-ın müttəfiqidir, Ağ Evlə sıx əlaqələrə malikdir və onlarla pis rəftar doğru deyil”, – deyə nəşr yazıb.

Qeyd edilib ki, Heqsetin qərarı həm Respublikaçılar, həm də Demokratlar, eləcə də Polşa rəsmiləri tərəfindən kəskin tənqidlərə səbəb olub.

Polşa sözügedən addımın onlarla müzakirə edilmədiyini bildirib.

Daha əvvəl Pentaqonun mətbuat katibi Şon Parnell “X” sosial şəbəkəsində ABŞ-ın Amerika qoşunlarının Polşada yerləşdirilməsi prosesini təxirə saldığını bildirmişdi.

Lakin bu gün Prezident Donald Tramp ABŞ-ın Polşaya əlavə olaraq 5 min hərbçi göndərəcəyini açıqladı.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: