1f328c0a 8f43 11ee 8b76 02420a0000c9 780

HƏMAS KİV-də yayılan xəbərləri təkzib edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

HƏMAS Trampın planı çərçivəsində silahları yerə qoymaq barədə yayılan xəbərlərin həqiqətə uyğun olmadığını deyib.

*** 20:36

HƏMAS Qəzza sektorunda saxlanılan bütün sağ girovları eyni anda azad etməyə hazırdır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Bundan başqa, HƏMAS silahları BMT himayəsi altında Misir və Fələstin təhlükəsizlik qüvvələrindən ibarət xüsusi orqana təhvil verməyə razı olduğunu bildirib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər HƏMAS Qəzza idarəçiliyini təhvil verməkdən imtina edərsə, təşkilat tamamilə məhv ediləcək.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: