
ABŞ Prezidenti Donald Tramp İsraillə İran arasında davam edən gərginliyə baxmayaraq, 24–25 iyun tarixlərində Haaqada keçiriləcək NATO sammitində iştirak edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlər üçün keçirilən brifinqdə məlumat verib.
“Biz bazar ertəsi səhər Vaşinqtondan yola düşəcəyik”, – deyə Livitt Trampın sammitdə iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verərkən bildirib.
Qeyd edək ki, Haaqa sammitində təxminən 45 dövlət və hökumət başçısının, 45 xarici işlər və müdafiə nazirlərinin, həmçinin 6 minə yaxın nümayəndənin iştirakı gözlənilir.
ABŞ hökuməti Trampın sammitə qatılmaq niyyətində olduğunu öncədən bildirsə də, Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Temmi Bryus ötən gün verdiyi açıqlamada Yaxın Şərqdəki böhranla əlaqədar Trampın bu görüşdə iştirak etməyəcəyi ehtimalını istisna etməmişdi.
Aysel Əliyeva
Globalinfo.az