Tramp 1

Donald Tramp 8 may tarixini ABŞ-ın faşizm üzərində qələbə günü kimi elan edib. Bununla bağlı qərar ABŞ prezidentinin rəsmi saytında dərc olunub.

Globalinfo.az xəbər verir ki, sənəddə deyilir:

“Biz Amerikanın  İkinci Dünya Müharibəsində şər üzərində qazandığı tarixi zəfəri qeyd edirik. Bu qələbə Silahlı Qüvvələrimizin və müttəfiqlərimizin gücü sayəsində mümkün olub. 8 may 1945-ci ildə nasist Almaniyasının hökmranlığı süqut etdi və qələbə xəbəri bütün ölkəyə, eləcə də dünyaya yayıldı. Bu hadisə azadlıq tarixində dönüş nöqtəsinə çevrildi”, – Tramp vurğulayıb.

Proklamasiyada (bəyanat, çağırış) vurğulanır ki, nasist rejiminə qarşı mübarizədə 250 mindən çox amerikalı həyatını itirib. Tramp milyonlarla günahsız insanın xatirəsinin daim yad edilməsinin vacibliyini qeyd edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: