Tramp 1

ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının ilk iclasında çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla münasibətləri haqda danışıb.

Globalinfo.az xəbər verir ki, o, “32 il davam edən münaqişəyə 24 saat ərzində son qoyduğunu” deyib.

“Düşünürəm ki, onlar dost oldular. Onlar çətin, amma gözəl insandırlar. Onlar yavaş-yavaş bir-birlərinə yaxınlaşdılar, sonra qucaqlaşdılar və sülhə imza atdılar”, – Ağ Ev rəhbəri Azərbaycan və Ermənistan liderlərini nəzərdə tutaraq bildirib.

Tramp hər iki liderə sülhə doğru getdikləri üçün minnətdarlığını bildirib.

Paylaş: