ABŞ Prezidenti Donald Trampın böyük oğlu bu həftə sonu Baham adalarında model, Palm Biç elitasından Bettina Andersonla evlənməyə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, toyun kiçik bir adada, təxminən 50 nəfərin iştirakı ilə gizli şəkildə keçiriləcəyi bildirilir.
ABŞ mediasının məlumatına görə, mərasimə yalnız ailə üzvləri və cütlüyün ən yaxın dostları dəvət olunub.
Donald Tramp isə toyda iştirak edib-etməyəcəyi ilə bağlı dəqiq mövqe bildirməyib.
Jurnalistlərin sualını cavablandıran Tramp “İran və başqa məsələlər var, bu, mənim üçün yaxşı vaxt deyil” deyib.
Digər tərəfdən, Prezidentin rəsmi cədvəlində onun toyda iştirak edəcəyinə dair heç bir işarənin olmadığı qeyd edilib.
Trampın açıqlamaları ABŞ mediasında yeni müzakirələrə səbəb olub. Onun bu yaxınlarda Mayamidə qəfəs döyüşü tədbirinə və Floridada qolf yarışlarına qatılması, oğlunun toyu üçün “vaxtının olmadığını” bildirməsi diqqət çəkib.
Ağ Ev rəhbəri tənqidlərə belə cavab verib : “Bu mövzuda hamını məmnun edə bilməyəcəm. Yəqin ki, getsəm də, getməsəm də tənqid ediləcəm”.
Məlumata görə, cütlük təhlükəsizlik və mediadan yayınmaq üçün toy detallarını maksimum gizli saxlamağa çalışır.
Tramp ailəsinin digər üzvlərinin isə mərasimdə iştirak edəcəyi gözlənilir.
Günel Cəlil
Globalinfo.az