ABŞ Prezidenti Donald Tramp arıqlamaq istədiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən mərasim zamanı bildirib.

“Bir neçə kilo arıqlamaq istərdim. Amma Şükran Günündə yox. Hinduşka yeyəcəm”, – Amerika lideri deyib.

Bundan əvvəl Vaşinqtonda keçirilən biznes konfransında Tramp özünü “McDonalds”ın daimi və ən sadiq müştərisi kimi qiymətləndirmişdi.

Qeyd edək ki, Amerika Prezidenti hətta seçki kampaniyası zamanı restoranda müştərilərə burger və kartof qızartması təqdim edərək işləyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: