Tramp amerikalıları qanunsuz həbs edən ölkələri cəzalandıracaq.
Globalinfo.az xəbər verir ki, bu barədə CBS telekanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, Tramp administrasiyası amerikalıları qanunsuz həbsə atan ölkələrin siyahısını dərc edəcək. Dövlət Departamenti siyahıdakı ölkələrə qarşı sanksiyalar tətbiq edə biləcək. Bu tədbirlərin məqsədi həmin ölkələrin hökumətlərini amerikalıları dərhal azadlığa buraxmağa məcbur etmək, həmçinin ABŞ vətəndaşlarını belə ölkələrə səfərdən yayındırmaqdır.
Foley Foundation hüquq müdafiə təşkilatının məlumatına görə, 2024-cü ildə 17 ölkədə ən azı 54 ABŞ vətəndaşı girov götürülüb və ya qeyri-qanuni həbs edilib.
Agentlik ölkələri dörd kateqoriyaya bölüb. Səyahət tam qadağan edilən kateqoriyaya Rusiya, Ukrayna, Şimali Koreya, İran, Əfqanıstan, Venesuela, Liviya və Somali və digər 21 dövlət daxildir.
Terrorun dövlət tərəfindən himayə olunduğu ölkələrə isə Kuba, Şimali Koreya, İran və Suriya aid edilib. Onlara qarşı tədbirlərə xarici yardımlara, hərbi məhsulların ixracına və satışına qadağa, eləcə də, maliyyə və digər məhdudiyyətlər daxildir.
Əliyar Xəlil
Globalinfo.az