tramp 3

“Qətərin hədiyyə etdiyi “Boeing 747-8″ təyyarəsini ABŞ Hərbi Hava Qüvvələrinə bağışlayacağam”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“Təyyarə mənə yox, Hərbi Hava Qüvvələrinə, Birləşmiş Ştatların Müdafiə Nazirliyinə verilir!”, – o bildirib.

Tramp təyyarəni ABŞ-ın uzun illər uğurla müdafiə etdiyi bir ölkənin hədiyyəsi adlandırıb.

Qeyd edək ki, Qətər kral ailəsinin Ağ Ev sahibinə hədiyyəsi bəzi ABŞ qanunvericilərinin qəzəbinə səbəb olub və bunu “açıq rüşvət” adlandırıblar. Təyyarənin qiyməti  400 milyon dollardır.

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: