ABŞ prezidenti Donald Trampın müharibənin tezliklə başa çatacağı barədə bəyanatını SEPAH komandan müavini general Əli Fədavi istehza ilə qarşılayıb.
Globalinfo.az-ın xəbərinə görə, Fədavi bildirib ki, Tramp artıq dünəndən etibarən şəxsən atəşkəs elan edilməsini istəyir.
Onun sözlərinə görə, əgər qarşı tərəf müharibədə qalib gəlsəydi, bütün dünyanı atəşkəs üçün vasitəçilik etməyə çağırmazdı.
SEPAH komandanının müavini həmçinin yaxın günlərdə amerikalıları “yeni sürprizlərin” gözlədiyini iddia edib.
Əliyar Xəlil
Globalinfo.az