10 800x480 1

ABŞ Prezidenti Donald Tramp Avropanın prezidenti seçildiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə Ağ Evdə Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib .

“Mən Şimali Atlantika Alyansının (NATO) iclasında idim. Onlar məni “Avropanın prezidenti” adlandırdılar”, – deyə Tramp bildirib.

Amerika lideri qeyd edib ki, ABŞ dünya miqyasında həqiqətən də hörmətlidir.

Tramp daha əvvəl bəyan etmişdi ki, Ukraynada münaqişənin həlli ilə bağlı vəziyyət mürəkkəbdir. O, qeyd edib ki, Amerikanın hazırkı administrasiyası səkkiz müharibəni həll edib, Ukraynadakı münaqişə isə doqquzuncu olacaq.

Tahir Turan
Globalinfo.az

Paylaş: