tramphy qnnadatel e irani vera n363510 1

Prezident Donald Tramp Amerika şirkətlərinə rəqəmsal xidmətlər vergisi yükləyən istənilən ölkənin mallarına 100 faiz tarif tətbiq etməyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Truth Social”da yazıb:

“Bir çox Avropa ölkəsi Amerika şirkətlərinə rəqəmsal xidmətlər vergisinin dərhal tətbiqini müzakirə edir. Bu ölkələrin bəziləri sözdən əmələ keçmək üzrədir. Belə bir vergi yükləyən istənilən ölkənin ABŞ-a ixrac edilən bütün mallarına dərhal 100 faiz tarif tətbiq olunacaq”, – deyə Tramp vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: