tramp 3

ABŞ Prezidenti Donald Tramp məşhur aparıcı Cimmi Kimmelin həyat yoldaşı Melaniya haqda şərhinə görə qəzəblənib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

“Cimmi Kimmel öz verilişində həqiqətən şokedici bir açıqlama verdi. O dedi ki, “Melaniyaya baxın, o, nə qədər gözəldir. Xanım Tramp, dul qalmağı gözləyən biri kimi parıldayırsınız”. Bu cür ifadələr siyasi zorakılığa yol açır. Cimmi dərhal işdən çıxarılmalıdır!”, – deyə Ağ Ev rəhbəri bildirib.

Melaniya Tramp da həmçinin bu barədə fikirlərini bölüşüb. O, “dul qalmağı gözləyir” ifadəsinin qəbuledilməz olduğunu vurğulayıb.

“Onun ailəm haqqında monoloqları komediya deyil, sözləri yalnız Amerikadakı siyasi xəstəliyi dərinləşdirir. Kimmel kimi insanların hər axşam evlərimizə girib nifrət yaymaq imkanı olmamalıdır. Qorxaq Kimmel “ABC” televiziyasının arxasında gizlənir. Bəsdir! “ABC” öz mövqeyini göstərməlidir”, – deyə Melaniya bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: