
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini (MKİ) ləğv etmək barədə qərar verib. Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) işçilərinə öz xahişləri ilə istefaya getməyi təklifi edib. Bir müddət əvvəl də USAİD-in fəaliyyətinin dayandırılması məsələsi gündəmdə idi.
Mərkəzi Kəşfiyyat İdarəsi Amerika Birləşmiş Ştatlarının üşünən beyni, görən gözüdür. Belə bir mühüm strukturda islahat adı ilə dəyişiklik etmək, ciddi risk sayılır. Domald Tramp ölkəsinin “beyni” və “gözləri” ilə oynayır.
Trampın bu addımları nədən xəbər verir?
Globalinfo.az-a danışan politoloq Rizvan Hüseynov deyib ki, Tramp administrasiyasının əsas qayəsi hələ 2016-2020-ci ildə prezident olarkən bəyan edilmişdi:
“Tramp həm siyasi rəhbər, həm də dünyaca tanınmış biznesmen kimi bir qrup transmilli şirkətlərin və siyasi dairələrin maraqlarını təmin edir. Bunlar əsasən hərbi sənaye sektoruna aid olan şirkətlərdir. Sözügedən siyasi dairələr, şirkətlər ABŞ-ın yenidən güclənməsində maraqlıdır. Bu dünya düzənindən narazıdırlar. Onların mübarizəsi eyni zamanda digər siyasi, transmilli şirkətlərlədir. Yəni İkinci Dünya müharibəsindən bu yana formalaşan dünya düzəninin dəyişilmə savaşıdır. Hazırda Üçüncü Dünya müharibəsinin getdiyi də bildirilir. Doğrudur, birinci və ikincidən fərqli olaraq bu hibrid formadadır. Bunun daxilində birbaşa savaş, iqtisadi, siyasi sanksiyalar , hibrid, informasiya müharibəsi və s. var”.

Rizvan Hüseynov
Politoloqun sözlərinə görə, Trampın əsas hədəfi liberal dünyanın ən güclü dayağı olan QHT sektorudur:
“Vətəndaş cəmiyyəti və digər mexanizmlər üzərində yalançı şüarlar quraraq dünya siyasətinə müdaxilə edirlər. QHT-ləri maliyyələşdirərək öz siyasətlərini yeridirdilər. USAİD də bu siyahıya daxildir. Trampın arxasında dayanan qüvvələr dünya düzənini yenidən formalaşdırmaq üçün mövcud sistemi dağıtmalı idilər. Bunun nə qədər uğurlu addım olub-olmayacağı isə zamanla məlum olacaq. Digər məsələ ilə kadr dəyişikliyidir. 60 il ərzində mövcud olan kadr siyasəti var idi. Əsasən liberal dəyərlərə, Demokratlar partiyasını dəstəkləyənlər dövlət işlərinə, prinsipial vəzifələrə təyin edilirdi. Həmin kadrlar istər Demokratlar, istərsə də Respublikaçılar hakimiyyətdə olan zaman mühüm vəzifələrini icra etməkdə davam edirdilər. Tramp indi bunu dəyişmək istəyir. Seçki öncəsi verdiyi vədlərdə də qeyd etmişdi ki, ilk mərhələdə 50 min dövlət qulluqçusu və xüsusi xidmət, ordu rəhbərliyində olan kadrlar dəyişəcək”.
Safura Bənnayeva
Globalinfo.az