merz

Almaniya kansleri Fridrix Merzin İranla bağlı çağırışına ABŞ prezidenti Donald Trmp sərt reaksiya verib.

Globalinfo.az xəbər verir ki, Tramp sosial şəbəkədə paylaşımında Merzi ABŞ-ın Yaxın Şərqdəki siyasətinə qarışmamağa çağırıb.

O qeyd edib ki, Almaniya kansleri diqqətini daha çox Rusiya–Ukrayna müharibəsinin dayandırılmasına, həmçinin miqrasiya və enerji problemləri ilə üzləşən ölkəsinin vəziyyətinin yaxşılaşdırılmasına yönəltməlidir.

Tramp əlavə edib ki, Merz İranın nüvə təhlükəsinin aradan qaldırılması ilə bağlı məsələlərə daha az müdaxilə etməlidir. Çünki bu addımlar Almaniya da daxil olmaqla dünyanı daha təhlükəsiz yerə çevirmək üçün atılır.

Əliyar Xəlil

Globalinfo.az

 

Paylaş: