ABŞ Prezidenti Donald Trampın dünyaca məşhur portuqaliyalı futbolçu Kristiano Ronaldo ilə ötən gün Ağ Evdə baş tutan görüşü ilə bağlı paylaşımı gündəm olub.
Globalinfo.az xəbər verir ki, Tramp “Truth” sosial şəbəkəsində Ronaldo ilə futbol oynadığını əks etdirən video paylaşıb.
Sözügedən görüntülər süni intellekt vasitəsilə hazırlanıb.
Tramp videonu “Ronaldo əla oğlandır. Onunla Ağ Evdə görüşməyi xoşlayıram. Həqiqətən, ağıllı biridir”, – sözləri ilə paylaşıb.
Görüntüləri təqdim edirik:
Əliyar Xəlil
Globalinfo.az