Toya gedən 15 yaşlı oğlan çayda boğulub öldü: meyiti tapıldı – FOTO

cay q

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Globalinfo.az-a nazirlikdən bildirilib.

Qeyd olunub ki, məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Fərəcov Əli Bəxtiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Screenshot 1134

***

Bərdə rayonunda yeniyetmə çayda boğulub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində olub.

Belə ki, Ağdam rayon sakini 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayında boğularaq ölüb. Hələlik onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.

İlkin məlumata görə, Ə. Fərəcov Tərtər çayının sahilinə yaxın olan şadlıq saraylarından birində təşkil edilən toya gedibmiş.

Faktla bağlı araşdırma aparılır.

3c128380 5b30 402e 9e51 49d3e6473969