
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Biləsuvar rayonu, Biləsuvar şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Globalinfo.az FHN-nə istinadın xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “MAN” markalı yük avtomobili ilə “ВАЗ” markalı minik avtomobili toqquşub və 2 nəfər minik avtomobilində sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***16:58
Sentyabrın 24-də saat 14:50 radələrində Bəhrəmtəpə-Biləsuvar yolununda Pərviz Hüseynovun idarə etdiyi “VAZ 21010” markalı minik avtomobili ilə N.Mehtiyevin idarə etdiyi “MAN” markalı yük avtomobili toqquşub.
Globalinfo.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumatda bildirilib ki, qəza nəticəsində sürücü və sərnişinlər – Hüseynov Pərviz Allahşükür oğlu (1994), Hüseynova Xoşbəxt Arif qızı (1991), İsmayılova Mehriban Hüseyn qızı (1955), Hüseynova Aidə Yasər (1990) və İsayev Vasif Əkbər oğlu (1995) ölüb.
Araşdırma aparılır.
Ölənlərin hamısı Cəlilabad rayonunun sakinləridir və onlar yaxın qohumdurlar. Xoşbəxt Hüseynova toyu planlaşdırılan oğlanın bacısıdır.
***16:26
Bu gün saat 14:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü (qadın) şəxs ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Məlumata görə, yaralıya qapalı kəllə-beyin travması, çoxsaylı yaralar, o cümlədən sağ bud və alt çənə sümüyünü sınığı diaqnozları təyin edilib: “Dərhal reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaq yaralının həyatını xilas etmək mümkün olmayıb. Saat 15:20-də ölüm faktı qeydə alınıb”.
Qeyd edək ki, hadisə nəticəsində daha 4 nəfərin həkiməqədər ölümü qeydə alınıb.
***15:52
Qəza nəticəsində yaralanan şəxs də vəfat edib. Bununla da ölənlərin sayı 5-ə çatıb.
***15:36
Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda 4 nəfərin ölümü ilə nəticələnən qəza baş verib.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yük və minik avtomobilləri toqquşub.
İlkin məlumata görə, minik avtomobilinin sürücüsü Hüseynov Pərviz Allahşükür oğlu həyatını itirib. Üç nəfər sərnişinin də öldüyü bildirilir.
Qeyd edək ki, qəza toy karvanında qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları cəlb olunub.


