Toy karvanında qəza: 29 yaşlı gənc…

Şəki rayonunda toy karvanında qəza baş verib, bir nəfər xəsarət alıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, hadisə rayonunun Kiçik Dəhnə kəndində baş verib.

Belə ki, toy karvanında hərəkətdə olan iki minik avtomobili toqquşub.

Nəticədə avtomobillərdən birinin sürücüsü 29 yaşlı Vahab Salamov xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.