bicaq 90

Oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Tovuz rayon prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı 1993-ci il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***14:03

Bu gün Tovuzda 29 yaşlı Mətanət Hacızadənin qətlə yetirilməsindən sonra cinayətdə şübhəli bilinən əri Səbuhinin videosu yayılıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səbuhi Hacızadə videoda hadisəni törətdiyini və öz canına da qəsd edəcəyini deyib.

O, əlindəki bıçaqda olan qanı göstərərək cinayəti qısqanclıq zəminində törətdiyini, həbsdən qorxmadığını, lakin yaşamaq istəmədiyini də vurğulayıb.

Qeyd edək ki, hadisədən sonra Səbuhidən xəbər almaq və yerini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Videoda şiddət əlamətləri və arzuolunmaz təşviq olduğundan görüntüləri tam şəkildə təqdim etmirik.

X X X

Tovuz rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Globalinfo.az bildirir ki, Teleqraf-ın Qərb bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Səbuhi Hacızadə bir müddətdir Almaniyada yaşayırmış və dünən axşam Azərbaycana qayıdıb.

Məlumata əsasən, həyat yoldaşı Mətanət Hacızadə ilə aralarında yaranan mübahisə zamanı S.Hacızadə qadının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirib.

Cütlüyün üç oğlu var.

Qətl hadisəsini törədən Səbuhi Hacızadə cinayətin motivi barədə özünün “TikTok” səhifəsində video paylaşaraq açıqlama verib.

whatsapp image 2025 10 16 at 13.57.43

Səbuhi Hacızadə

whatsapp image 2025 10 16 at 13.49.15

Mətanət Hacızadə

whatsapp image 2025 10 16 at 13.47.33

whatsapp image 2025 10 16 at 13.47.34 (1)

whatsapp image 2025 10 16 at 13.47.34

***13:14

Tovuz rayonunda qətl hadisəsi törədilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əyyublu kəndində 1996-cı il təvəllüdlü Mətanət Hacızadə bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə polis tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə qısqanclıq zəmnində baş verib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Paylaş: