esas 98

2 iyul 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun iştirakı ilə Tovuz rayonunda Gəncə Regional Mərkəz və ona aid olan Gədəbəy, Qazax, Daşkəsən, Goranboy, Samux, Göygöl, Gəncə, Ağstafa, Şəmkir bölmələrinin əməkdaşları və könüllüləri ilə görüş keçirib.

Globalinfo.az bildirir ki, görüşdə təşkilatın yerli nümayəndələri və fəal könüllülər iştirak edib.

İclası giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov tədbir iştirakçılarını salamlayaraq, Cəmiyyətin könüllü hərəkatına verdiyi yüksək dəyəri vurğulamış və bu istiqamətdə görülən işlərdən bəhs edib. O, könüllülərin cəmiyyətin əsas dayaqlarından biri olduğunu qeyd edib, onların fədakar fəaliyyəti nəticəsində humanitar missiyaların uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Daha sonra gündəlik məsələlərin müzakirəsinə başlanılıb və Cəmiyyətin ümumi fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib. Çıxış zamanı xüsusilə ehtiyaclı insanlara, eləcə də fəlakət və böhranlar zamanı zərərçəkmiş əhaliyə göstərilən zəruri humanitar yardımlarla bağlı fikir mübadiləsi aparılıb.

Novruz Aslanov həmçinin qeyd edib ki, fövqəladə hallar zamanı baş verə biləcək istənilən hadisəyə çevik və operativ cavabvermə tədbirlərinin həyata keçirilməsi Cəmiyyətin əsas prioritetlərindəndir. Bu baxımdan könüllülərin maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması istiqamətində təlim və hazırlıqların davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüş qarşılıqlı dialoq şəraitində keçib, iştirakçılar öz suallarını veribvə gələcək fəaliyyətlərə dair bir sıra təkliflər səsləndiriblər.

Sonda xatirə şəkli çəkilib.

img 20250702 wa0083img 20250702 wa0081img 20250702 wa0079img 20250702 wa0075img 20250702 wa0082img 20250702 wa0077img 20250702 wa0076img 20250702 wa0078

Paylaş: