pfl qeza

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Ceyrançöl adlanan ərazidə yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Globalinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “MERCEDES” markalı minik avtomobili ilə “VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalanların olduğu müəyyən olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə “MERCEDES” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan yeniyetməni xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yol-nəqliyyat qəzası zamanı həyatını itirmiş altı nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Yanğınsöndürənlər tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

Tovuzda ölümlə nəticələn ağır yol qəzası baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazində qeydə alınıb.

Hərəkətdə olan iki avtomobil toqquşub.

Məlumata görə, qəza zamanı 6 nəfər ölüb.

Ölənlərin arasında hərbçilərin də olduğu bildirilir.

Hadisə yerinə Tovuz RPŞ-nin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

67475066093766747506609377173272688667475066093746747506609375 67475716d833e67475716d833f173272859867475716d833c67475716d833d

Paylaş: