Tovuzda bir ailənin beş üzvü qidadan zəhərlənib.
Globalinfo.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.
Belə ki, bir ailədən 5 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.
Zəhərlənən şəxslərin yaxınları dönər yedikdən sonra onların vəziyyətlərinin dəyişdiyini bildiriblər.
Faktla bağlı araşdırma aparılır.
***
Qidadan zəhərlənən şəxslərin kimliyi bilinib.
İlkin məlumata görə, 2021-ci il təvəllüdlü Ramil Tağıyev, onun qardaşı 2024-cü il təvəllüdlü Kamal Tağıyev, həmçinin 2002-ci il Nurtac Tağıyeva və 2010-cu il təvəllüdlü Eltac Tağıyev qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Həmin şəxslərin dönərdən zəhərləndiyi ehtimal olunur.