Tovuzda bədbəxt hadisə: 5 nəfər kanala düşdü – ADLAR / YENİLƏNİB

Tovuz rayonunda yerli sakinlər ehtiyatsızlıqdan içərsində su olmayan kanala yıxılaraq xəsarətlər alıblar.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə Düz Cırdaxan kəndi ərazisində qeydə alınıb.

Toy mərasimindən qayıdan beş nəfər şadlıq evinin yaxınlığında olan su kanalının üzərindəki keçiddən qarşıya keçmək istəyərkən ehtiyatsızlıqdan kanala yıxılıb.

Nəticədə 1970-ci il təvəllüdlü İ.Gülməmmədov, 1981-ci il təvəllüdlü G.Əhmədova və daha üç qadın müxtəlif bədən xəsarətləri alıblar.

Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

Tovuzda bədbəxt hadisə baş verib.

Globalinfo.az xəbər verir ki, 5 nəfər su kanalına düşüb.

Hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Sakinlər kanalın üstündə olan bənddən keçən zaman su kanalına düşüblər.

Onlar xəstəxanaya yerləşdiriliblər. Hazırda kimlikləri dəqiqləşdirilir.