Tovuzda ana olan gənc qadın həyatını itirdi

Tovuzda qadın doğuşdan sonra ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, rayonun Yanıqlı kənd sakini, 21 yaşlı hamilə Aygün Nəcəfova doğuş üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Lazımı tibbi proseslərdən sonra qeysəriyyə üsulu ilə əməliyyata götürülüb. Onun 2800 qram çəkidə cinsi kişi olan körpəsi dünyaya gəlib. Mama-ginekoloq Xatirə Quliyeva qadının yaxınlarına körpə və ananın vəziyyətinin qənaətbəxş olduğunu bildirib. Bir neçə saatdan sonra isə ananın dünyasını dəyişməsi barədə ailəyə məlumat verilib.

TƏBİB-dən saytımıza bildirilib ki, 14.06.2023-cü il tarixində saat 22:00 radələrində qeysəriyyə kəsiyi əməliyyatı fəsadsız baş tutub. 15.06.2023-cü il tarixində pasiyentin təkrar analiz nəticələrində dəyişikliklər aşkar olunub və ona HELLP sindromu diaqnozu qoyulub. Aparılan adekvat tədbirlərə baxmayaraq, zahı qadında ağciyər, ürək çatışmazlığı baş verib və 19:28 radələrində bioloji ölüm qeydə alınıb. Aygün Nəcəfovanın dünyaya gətirdiyi körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.