bicaq 1

Tovuz rayonunda baş verən qətl hadisənin bəzi təfərrüatları məlum olub.

Globalinfo.az Teleqraf-a istinadən bildirir ki, hadisə iyulun 26-da – gecə saatlarında baş verib.

1975-ci il təvəllüdlü Vasif Qurbanov qonşu evə qonaq gələn 24 yaşlı Elcan Həsənova uca səslə dinlədiyi musiqinin səsini azaltmağı xahiş edib.

Bu istək bir neçə dəfə davam edib. Sonradan tərəflər arasında mübahisə düşüb və E. Həsənov Vasif Qurbanova bıçaqla xəsarət yetirib.

Nəticədə V. Qurbanov ilk olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, V. Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.

***13:56

Tovuzda qətl hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Əyyublu kəndində qeydə alınıb.

1973-cu il təvəllüdlü V.Əsgərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat zamanı ölüb.

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçidikləri müvafiq tədbirlər nəticəsində V. Qurbanovu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı Elcan Həsənov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: