Tovuz sakini minaya düşdü – YENİLƏNİB

Mayın 27-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluqdan Globalinfo.az-a bildirilib ki, ilkin araşdırma zamanı qeyd olunan ərazidə mina partlaması nəticəsində 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun xəsarət alması müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

***09:12

Tovuzda mina partlayışı olub.

Globalinfo.az-ın xəbərinə görə, DİN Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisə bu gün səhər saatlarında rayonun Əlibəyli kəndində qeydə alınıb.

Belə ki, səhər saatlarında kənd sakini Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar.

Onun sol ayağından xəsarət aldığı bildirilir. Hazırda xəstəxanada müalicəsi davam etdirilir.