Tovuzun Düz Cırdaxan kənd tam orta məktəbində tüstüdən zəhərlənmə hadisəsi baş verib.
Yeddinci sinifdə oxuyan 18 şagirddən 5-nin halı pisləşib.
“Dərs başlayan kimi sinfə daxil oldum. İçəri girəndə sinfin havasının ağır olduğunu hiss etdim. Şagirdlərdən birinin ürəyi bulanırdı, nəfəs ala bilmədiyini dedi. Həmin dəqiqə onu çölə çıxartdıq və ilkin tibbi yardım göstərildi. Digər şagirdlərin də vəziyyəti pisləşən kimi onlara da ilkin tibbi yardım göstərildi”, – deyə məktəbin müəllimi Həyat Qasımova bildirib.
Tovuz Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, hazırda şagirdlərin vəziyyəti qənaətbəxşdir.
Ətraflı Baku TV-nin süjetində:
***15:20
Tovuzda məktəbdə tüstüdən zəhərlənən şagirdlərin vəziyyəti açıqlanıb.
TƏBİB-dən Globalinfo.az-a verilən məlumata görə, Tovuz Rayon Mərkəzi Xəstəxanasında 5 məktəblinin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən məktəblilər ambulator müalicə üçün evə buraxılıb.
***11:07
Şahidlərin Globalinfo.az-a verdiyi məlumata görə, Tovuzda şagirdlər “apilka peçi”ndən zəhərləniblər:
“Əllərinə keçəni sobaya atırlar, bu da zəhərlənməyə səbəb olur. Sobanın borusu çıxdığı üçün tüstü otağa dolub, nəticədə zəhərlənmə baş verib.
Buradakı orta məktəblərin təmirsiz olması, qazla təmin edilməməsi, nəzarətsizlik böyük faciələrə gətirib çıxara bilər. 5 şagirdin zəhərlənməsi bu faciənin ilk siqnalıdır. Yanğın ola, böyük tələfat yaşana bilər”.
***
Globalinfo.az zəhərlənən şagirdlərin adlarını əldə edib.
7-ci sinif şagirdləri
Quliyeva Lalə Zakir qızı
Ələkbərzadə Bənövşə Abdulla qızı
Məmmədalıyeva Aytac Zülfüqar qızı
Eyyubova Solmaz Seyfəddin qızı
Mədinə Həsənova Mirələm qızı
***10:30
Tovuzda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, hadisə rayonun Düzcırdaxan kənd tam orta məktəbində qeydə alınıb.
Bildirilib ki, məktəbin 5 şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
