Torpaq üstündə dava: çobanlar 17 nəfəri öldürdü

nigeriya coban

Nigeriyada çobanlar silahlı hücumda 17 nəfəri öldürüb.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, Benue Dövlət Polis Komandanlığı şübhəli çobanların silahlı hücumları nəticəsində 17 nəfərin öldüyünü təsdiqləyib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı qruplaşmanı geri çəkməyə çalışırlar. Onların məlumatına görə, çobanlar ətraf meşələrdə gizlənir.

Media dəfələrlə yazıb ki, Nigeriyanın mərkəzində maldarlarla fermerlər arasında toqquşmalar qeyri-adi deyil. Burada tərəflər arasında silahlı insidentlər tez-tez yaranır. Səbəb isə iki tərəfin torpaq sahələrini bölə bilməməsidir.