Toplum TV-nin təsisçisi saxlanıldı – VİDEO / YENİLƏNİB

“Toplum TV” işi ilə bağlı media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya onun vəkili Aqil Layıc məlumat verib.

Ə.Əhmədoğlu barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

***12:41

Toplum TV-nin təsisçisi saxlanılıb.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, bu barədə ictimai fəal Rüfət Səfərov özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli keçirilən əməliyyat tədbirlərindən sonra davam edən araşdırmalar çərçivəsində saxlanılıb.

Sosial şəbəkələrdə Ələsgər Məmmədlinin saxlanma anının görüntüləri yayılıb.

Həmin görüntüləri təqdim edirik: