Prodüser və aparıcı Tarix Əliyev (Tolik) Space TV-də yayımlanan “Tarixin bir günü” verilişinin bağlandığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, aparıcı bu barədə özü efir zamanı danışıb.
O, tamaşaçıları ilə vidalaşaraq sözügedən verilişdən ayrıldığını bildirib.
“Bir ildən artıqdır ki, “Space TV”də “Tarixin bir günü” verilişi aparıram və qanun pozuntusu olmayıb. Aparıcılıqdan getmək haqqında ərizə verəndə vicdanım rahatladı. Əsəblərimə hakim olmamağım, emosional fikir bildirməyim bu böyük kanalın uğuruna ləkə gətirə bilməz. Bu özümə verdiyim bir cəzadır”.
Qeyd edək ki, bir qədər əvvəl “Tarixin bir günü” verilişinin qeyri-etik məzmun və kadrlar səbəbindən bağlanacağı haqda xəbərlər yayılmışdı.
Əliyar Xəlil
Globalinfo.az